“Aİ-yə üzvlüyə hazır deyilik” – Paşinyan


Ermənistanı Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxarmaq mümkün deyil.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlaması zamanı deyib.
“Ermənistanı Aİİ-dən çıxara bilməzlər. Orada qərarlar konsensus əsasında qəbul edilir. Oradakı bütün dövlətlər, o cümlədə Ermənistan veto hüququna malikdir”, - deyə o bildirib.
Paşinyan Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum keçirilməsinin hazırda gündəmdə olmadığını da vurğulayıb:
“Belə referendumun keçirilməsi üçün əvvəlcə ölkənin Aİ-yə üzvlük və ya namizəd statusu almaqla bağlı rəsmi müraciəti olmalıdır. Hazırda nə belə müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq. Formal xarakter daşıyan müraciətin isə mənası yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top