
Türkiyənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) daxilindəki son böhran müxalifət seçicilərində ciddi narazılıq yaradıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə Işık Universitetinin araşdırmasında qeyd olunub.
Bildirilib ki, bununla bağlı keçirilən sorğuda CHP seçicilərinin böyük hissəsi məhkəmə qərarları ilə bağlı prosesləri hakimiyyətin təsiri kimi qiymətləndirib.
Sorğuya görə, əgər Özgür Özel yeni partiya yaratsa, təxminən 33% səs ala bilər. Bildirilir ki, Ankara Bələdiyyəsinin sədri Mansur Yavaş da həmin layihəyə qoşularsa, dəstək 37%-ə qədər arta və yeni partiyanı birinci partiyaya çevirə bilər.
Qeyd olunub ki, eyni ssenaridə Kılıçdaroğlunun rəhbərlik etdiyi mövcud CHP-nin səsi isə 5–6%-ə qədər düşə bilər.
Xatırladaq ki, may ayının 21-də Ankara məhkəməsi Türkiyənin aparıcı müxalifət partiyası ilə bağlı qalmaqallı qərar verib. Belə ki, qərarla Kamal Kılıçdaroğlu CHP-yə qəyyum təyin edilib.
Qeyd edək ki, o, 2023-cü ildə keçirilən qurultayda partiya sədrliyini Özgür Özələ uduzmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz