
“Qarabağ”ın sağ cinah müdafiəçi Mateus Silvanın İnstaqramda paylaşdığı və Braziliyada çəkilmiş foto azərbaycanlı istifadəçilərin marağına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, buna səbəb fotoda əks olunmuş divarda “Qarabağ” loqosunun çəkilməsi olub.
Silva həmçinin loqonu çəkənə də təşəkkür edib:
“Mükəmməl işinə və səmimi dostluğuna görə təşəkkür edirəm. Hər kəs arxasında sənin qoyduğun qədər gözəl iz buraxa bilmir. Allah səni qorusun, dostum!”, - deyə o bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz