
Azov dənizində dron hücumu nəticəsində dünyasını dəyişən yük gəmisinin kapitanı Fuad Orucovun atası övladı ilə sonuncu telefon söhbətindən danışıb.
Yeniavaz.com Baku TV-yə istinadla xəbər verir ki, Əmrəli Orucov telefon danışığının gəminin vurulduğu gecə baş tutduğunu bildirib.
“Dedim ki, bilirsən, biraz nasazam. Birdən gələn zənginə kimi çatmadım. Atayam. Ola bilər xətrinə dəymişəm, məni bağışla, bala. Dedi, ata, o nə söhbətdir, mən səndən bağışlamağını istəməliyəm, sən məndən istəyirsən. Sağollaşdıq”, - Əmrəli Orucov bildirib.
Daha ətraflı:
Xatırladaq ki, iyunun 5-nə keçən gecə Azov dənizində heyəti azərbaycanlılardan ibarət “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumu edilib. Hadisə nəticəsində 4 nəfər yaralanıb, 4 nəfər isə dünyasını dəyişib.
Tətbiqimizi yükləyə bilərsiniz