
Ermənistanda parlament seçkiləri keçirilir.
Yeniavaz.com xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələri səhər saat 08:00-da açılıb və səsvermə saat 20:00-dək davam edəcək.
Qanuna görə, yeni parlament ən azı 101 deputatdan ibarət olmalı və ən azı üç siyasi qüvvə tərəfindən təmsil olunmalıdır.
Yerlər uğrunda 16 partiya və 2 seçki ittifaqı yarışır. Parlamentə düşmək üçün partiyalar səslərin ən azı 4%-ni, siyasi ittifaqlar isə ən azı 8%-ni (iki partiyalı ittifaq üçün - 8%; üç partiyalı ittifaq üçün - 9%; daha çox üçün - 10%) toplamalıdırlar.
Nəticələr bu gün axşam, ölkə üzrə 2005 seçki məntəqəsinin nəticələri sayılandan sonra məlum olacaq.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkilərdə iştirak etmək hüququna malik 2 milyon 485 min 851 Ermənistan vətəndaşı var.
Tətbiqimizi yükləyə bilərsiniz