
Beynəlxalq Futbol İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 10 hücumameyilli yarımmüdafiəçisinin adlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.
Siyahı CIES-in statistik modeli əsasında hazırlanıb.
Siyahıda 124,8 milyon avro ilə “Real Madrid”in yarımmüdafiəçisi Arda Güler birinci olub. Bununla da o, dünya futbolunun tanınmış simaları Florian Virts (124,1 milyon avro) və Cud Bellinqemi (120,3 milyon avro) geridə qoyub.
İlk 10-luğu təqdim edirik:
1. Arda Gülər (“Real Madrid”) - 124,8 milyon avro
2. Florian Virts (“Liverpul”) - 124,1 milyon avro
3. Cud Bellinqem (“Real Madrid”) - 120,3 milyon avro
4. Fermin Lopes (“Barselona”) - 115,9 milyon avro
5. Koul Palmer (“Çelsi”) - 110,6 milyon avro
6. Junior Krupi (“Bornmut”) - 89 milyon avro
7. Lennart Karl (“Bavariya”) - 86,3 milyon avro
8. İbrahim Maza (“Bayer Levekuzen”) - 85,1 milyon avro
9. Camal Musiala (“Bavariya”) - 84,2 milyon avro
10. Dominik Soboslai (“Liverpul”) - 78,3 milyon avro.
Tətbiqimizi yükləyə bilərsiniz