İsrailin hücumları nəticəsində Livanda neçə nəfər ölüb?


İsrail Hərbi Hava Qüvvələri bu gün Livanın cənubundakı Nəbatiyyə əyalətinə və Qərbi Bekaa ərazisinə intensiv zərbələr endirib.
Yeniavaz.com
Livan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, zərbə nəticəsində son 24 saat ərzində 35 nəfər ölüb, 120 nəfər yaralanıb.
“Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri ölənlərin ümumi sayı 3593-ə, yaralıların sayı isə 10990-a çatıb”, - deyə nazirlik rəsmi “X” sosial şəbəkə səhifəsində yaydığı məlumatda qeyd edib.
Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, elan edilmiş atəşkəsə baxmayaraq, yaşayış məntəqələrinin bombalanması davam edir, buna görə də, günün sonuna qədər itki və yaralıların sayı arta bilər.

DİGƏR XƏBƏRLƏR

Top