ABŞ ordusu ağcaqanadları bioloji silah kimi sınaqdan keçirib?


Pentaqon sənədləri ABŞ-nin xəstəliklə yoluxmuş ağcaqanadlardan bioloji silah kimi istifadə etmək üzrə sınaqlar apardığını təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Nəşr məlumatda Pentaqonun 1977-ci ildə məxfilikdən çıxarılan və ABŞ Müdafiə Nazirliyi Texniki Məlumat Mərkəzinin veb saytında yerləşdirilən hesabatına istinad edib.
Hesabatda deyilir ki, ABŞ ağcaqanadların isti səhra şəraitində insanları açıq havada necə effektiv dişlədiyini öyrənmək üçün real təcrübələr aparıb.
Testlər 1959-cu ilin sentyabrından oktyabr ayına qədər həyata keçirilib. Onların məqsədi ağcaqanadları düşmən qoşunlarına qarşı istifadə edilə biləcək potensial bioloji silah kimi qiymətləndirmək olub.
Hətta ABŞ-nin 1955-ci ildə “Big Buzz” əməliyyatı çərçivəsində həşəratların sağ çıxa biləcəyini yoxlamaq üçün Corciya ştatının Savanna şəhərindəki əsasən afroamerikalıların yaşadığı məhəlləyə 300 000 sarı qızdırma yayan ağcaqanad buraxdığı iddia edilir.
Ancaq nəşr əlavə edib ki, bu təcrübələrdə istifadə edilən ağcaqanadlar əslində xəstəliyin daşıyıcısı olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top