Dünyanın gözü Astanada: Suriyada qırğınlara son qoyulacaqmı?

Yanvarın 23-24-də gözlənilən Suriya üzrə danışıqlar ərəfəsində Astanada Rusiya, İran və Türkiyə nümayəndə heyətlərinin görüşü keçiriləcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, görüş bağlı qapılar arxasında keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyini görüşdə Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Sergey Verşanin, İran tərəfini xarici işlər nazirinin müavini Hüseyn Caberi Ənsari, Türkiyəni isə XİN rəhbərinin müavini təmsil edəcək. Astana danışıqlarının yekunu üzrə Suriyada atəşkəs rejiminin möhkəmləndirən sənədin imzalanması gözlənilir. Sənəd daha əvvəl hazırlanıb. Astanada rəsmən möhkəmləndirilməsi planlaşdırılan razılaşmaların əsas parametrləri yanvarın ortasında Ankaradakı məsləhətləşmələr də razılaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top