
Dünya Kuboku heyətinə daxil olan bütün oyunçular oyunlardan əvvəl dövlət himnlərini dinləmək və ifa etmək üçün oyunun əvvəlindəki mərasimdə iştirak edəcəklər.
Yeniavaz.com “L'Equipe” qəzetinə istinadla xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib.
O qeyd edib ki, himnlərin səslənçəsi zamanı bütün oyunçular və hakimlər meydanın mərkəzində üz-üzə dayanacaqlar ki, bu da onların birliyini təmsil edəcək.
Buna görə də, start heyətinə daxil olan oyunçular mərkəzi tribunanın qarşısında düzülməyəcəklər.
Qeyd edək ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz