
Bəzi insanların ağcaqanadlar tərəfindən daha çox dişlənməsinin səbəbi məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Cell” jurnalında dərc edilən araşdırmada qeyd olunub.
Alimlərin apardığı araşdırmalar göstərib ki, bu fərqin əsas səbəblərindən biri dəridəki mikrobiota və yağ turşularının tərkibidir. Mütəxəssislərin fikrincə, bəzi insanların dərisində daha yüksək miqdarda karboksilik turşular və spesifik molekullar ağcaqanadlar üçün daha cəlbedici qoxu yaradır.
Tədqiqat çərçivəsində könüllülərdən bir neçə gün ərzində qollarına neylon material taxmaları istənilib. Daha sonra bu nümunələr laboratoriyada ağcaqanadlar üzərində sınaqdan keçirilib. Nəticələr göstərib ki, bəzi şəxslərin qoxusu digərlərinə nisbətən ağcaqanadları dəfələrlə daha çox cəlb edir.
Belə ki, ən çox cəlbedici iştirakçı ən az cəlbedici şəxslə müqayisədə təxminən 100 dəfə daha çox ağcaqanad tərəfindən dişlənib.
Araşdırmada həmçinin qeyd olunub ki, bu fərq zaman keçsə də, sabit qalır və insanın gündəlik vərdişləri ilə tam şəkildə dəyişmir.
Tətbiqimizi yükləyə bilərsiniz