Pol Makkartni rekordunu yenilədi


Britaniyalı musiqiçi və keçmiş “The Beatles” üzvü Pol Makkartni rekordunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Official Charts Company” məlumat yayıb.
Böyük Britaniya musiqi siyahıları şirkətinin  məlumatına görə, “The Boys of Dungeon Lane” onun Böyük Britaniya siyahılarında birinci yeri tutan 24-cü albomu olub.
Bununla da, Makkartni siyahılarda birinci yerə yüksələn albomların sayına görə, yeni rekord müəyyənləşdirib.
Alboma 2021-2025-ci illər arasında yazılmış 14 mahnı daxildir və müğənninin beş ildən sonra ilk solo albomudur.
Albom may 29-da satışa çıxarılıb və əsas yayım platformalarında mövcuddur.
83 yaşlı musiqiçinin solo albomunda keçmiş “The Beatles” həmkarı, barabançı Rinqo Starrla birgə bəstələdiyi mahnı da yer alır.
Qeyd edək ki, bu ilin aprel ayında Tokioda “The Beatles” qrupunun əvvəllər məlum olmayan 100-dən çox fotoşəkili aşkar edilib. Şəkillər musiqiçilərin 1966-cı ildə çıxış etdiyi konsert və idman zalı olan “Nippon Budokan”dakı anbarda aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top