İstənilən okeanın dərinliyinə enə biləcək aparat hazırlanır

Çin heyət üzvünü istənilən dəniz və okeanın dərinliyinə çatdıra biləcək idarə olunan dərin sualtı aparatın hazırlanmasına başlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, layihənin hazırlanması ilə “China Shipbuilding Industry Corporation” (CSIC) şirkətinin tədqiqat institutu məşğul olur. CSIC daha əvvəl Çinin ilk idarə olunan dərinsulu aparatı “Szyaolun”u hazırlayıb. “Szyaolun” 2012-ci ilin iyununda Sakit okeanda Marian çökəkliyinə çataraq 7 min metrdən artıq dərinliyə enib.

DİGƏR XƏBƏRLƏR

Top