FIFA oyunlara plastik qabda su gətirilməsinə icazə verdi – Qadağa qoymuşdu


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı il Dünya Kuboku zamanı stadionlara plastik qablarda su gətirilməsinə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FİFA-nın sosial şəbəkə səhifələrində məlumat verilib. 
“Azarkeşlərə ABŞ və Kanadada keçiriləcək dünya çempionatının bütün oyunlarına qapağı bağlı olan 20 unsiya (590 ml) həcmində yumşaq plastik qabda gətirməyə icazə veriləcək”, - deyə FIFA-dan bildirilib.
FİFA-nın baş əməliyyat direktoru Heimo Şirgi izah edib ki, tribunalara müəyyən tutumlu adi su şüşələrinin gətirilməsinə icazə veriləcək, lakin sərt plastik və təkrar istifadə edilə bilən şüşələrin istifadəsi qadağan olunacaq.
Məlumatda Meksikadakı oyunlarda hansı qaydaların tətbiq olunacağı göstərilməyib.
“Bloomberg” agentliyinin Şirgiyə istinadla verdiyi məlumata görə, Meksika bu cür qaydaların tətbiqindən əvvəl müəyyən hüquqi məsələləri həll etməlidir.
Qeyd edək ki, iyunun 4-də FİFA stadionlara giriş qaydalarını yeniləyərək boş plastik su şüşələrinin gətirilməsini qadağan edib. Təşkilat yeni tələbi təhlükəsizlik qaydaları ilə əsaslandırıb. Bu qərar azarkeşlər, idman rəsmiləri, elm adamları və siyasətçilər tərəfindən tənqid edilib.

DİGƏR XƏBƏRLƏR

Top