ABŞ onlara viza vermədi


İran milli komandasının nümayəndə heyətinin bir hissəsi, o cümlədən komandanın məşqçilər heyətinin üzvləri Dünya Kuboku ərəfəsində ABŞ vizası almayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadəyə istinadla məlumat verib.
Məlumata görə, iyunun 6-da ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak həm oyunçuların, həm də İran komandasının yardımçı heyətinin ABŞ vizası aldığını açıqlasa da, komandanın məşqçilər heyətinin üzvləri ilə yanaşı, İran milli yığma komandasının meneceri Mehdi Məhəmmədnəbi, Futbol Federasiyasının baş katibi Hidayət Mömbini, milli komandanın icraçı direktoru Mehdi Xərati, media direktoru Möhsən Mötəmədkiya, milli komandanın media nümayəndələrindən Siyamək Qılıçxaniyə viza verilməyib.
Bununla belə, bu şəxslərin İran milli komandası ilə birlikdə Meksikaya gedəcəyi bildirilir. Hazırda viza alınması üçün səylər davam etdirilir. Belə ki, mayın 24-də Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) İran milli komandasının Dünya Kuboku bazasının ABŞ-dən Meksikaya köçürülməsini təsdiq edib.
Qeyd edək ki, İran milli komandasının qrup mərhələsinin hər üç oyununu ABŞ-də keçirməsi planlaşdırılır. İran komandası Belçika, Misir və Yeni Zelandiya ilə bir qrupda yer alır.
Xatırladaq ki, turnir 11 iyun - 19 iyul tarixlərində keçiriləcək və oyunlar ABŞ, Meksika və Kanadada baş tutacaq. Yarışda ilk dəfə 8 komanda iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top