
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.
Qeyd edək ki, dünən Malta millisi ilə keçirilən yoldaşlıq oyununda futbolçular arasında mübahisə düşmüşdü.
Xatırladaq ki, milimiz iyunun 9-da San Marino yığması ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz