
“Real Madrid” PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya üçün 150 milyon avro ödəyə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məliumat yayıb.
Portalın məlumatına görə, Madrid klubu artıq gürcü oyunçu ilə danışıqlara başlayıb.
Klubun həmçinin, Kvaratsxeliya ilə müqavilə imzalamaq üzərində işlədiyi bildirilir.
“Real Madrid" rəhbərliyi 25 yaşlı cinah oyunçusunun Madridə keçməsinə əmin olsa da, PSJ ən nüfuzlu oyunçularından birini itirmək istəmir. Digər tərəfdən, Fransa nəhəngi maliyyə çətinlikləri ilə də üzləşmir.
Qeyd edək ki, Kvaratsxeliya ötən mövsüm bütün yarışlarda 48 oyun keçirib, 19 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalındakı məlumata görə, hazırda onun transfer qiyməti 140 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz