Avstraliyada 200 min dollarlıq tarakan müsadirə edildi


Avstraliyada təhlükəsizlik xidmətinin əməkdaşları 200 000 dollar dəyərində 100 000-dən çox canlı ekzotik tarakan müsadirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, tarakanlar Yeni Cənubi Uelsdə ev heyvanları qaçaqmalçılığı əməliyyatı çərçivəsində müsadirə edilib.
Nəşrin məlumatına görə, müsadirə edilən tarakanlar arasında dünyanın ən böyük tarakan növlərindən biri olan Madaqaskar fısıldayan tarakanları da olub.
Məqalənin müəllifinə görə, tarakanlar çox güman ki, sürünənlərin yemi də daxil olmaqla ticarət üçün nəzərdə tutulub.
Bu, Avstraliyada qanunsuz ekzotik onurğasızların ən böyük müsadirəsidir.
Ekzotik tarakanların ölkəyə idxal olunması qadağandır, yəni onlar saxlanıla, yetişdirilə və ya satıla bilməz.
Belə ki, Avstraliyada ekzotik tarakanların olması xəstəliklərin yayılmasına kömək edə və yerli vəhşi təbiətə və kənd təsərrüfatına zərər verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top