İsrailin Livana PUA hücumunda general həlak oldu


Livan ordusunun briqada generalı və onu müşayiət edən bir neçə əsgər Livanın cənubunda İsrailin pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al-Wataniya” milli xəbər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, hadisə cənubdakı Nəbatiyyə əyalətindəki Hardali-Cermak magistral yolunda baş verib.
Qeyd edək ki, daha əvvəl ordunun mətbuat xidməti tərəfindən verilən məlumatda hərbi nəqliyyat vasitəsinə raket zərbəsi nəticəsində bir zabit və bir neçə əsgərin həlak olduğu bildirilmişdi.
Xatırladaq ki, İsrail və lİvan arasında hərbi eskalasiyanın 2 martda başlamasından bəri ölkənin cənubunda dron hücumları və artilleriya atəşi nəticəsində 19 hərbçi həlak olub, 8-i yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top