Messi MLS-in ulduzlar oyununun heyətinə daxil edildi


"İnter Mayami" və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi MLS-in ulduzlar oyununun heyətinə daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib.
Məlumata görə, oyun iyulun 29-da Şimali Karolina ştatının Şarlott şəhərindəki “Bank of America” stadionunda keçiriləcək.
Qarşılaşmada MLS-in ulduzlar komandasına rəqibi Meksika liqasının ulduzlar komandası olacaq.  
Heyətdə yer alan futbolçuları təqdim edirik:
Qapıçı: Brayan Şveyk (“Neşvill”).
Müdafiəçilər: Entoni Markaniç (“Minnesota Yunayted”), Mbekezeli Mbokazi (“Çikaqo Fayr”), Tim Rim (“Şarlott”), Endi Naxar (“Neşvill”).
Yarımmüdafiəçilər: Sebastyan Berhalter (“Vankuver Uaytkeps”), Zavyer Qozo (“Real Solt Leyk”), Hani Muxtar (“Neşvill”).
Hücumçular: Uqo Keypers (“Çikaqo Fayr”), Son Hın Min (“Los-Anceles”), Lionel Messi (“İnter Mayami”).
Qeyd edək ki, MLS ulduzlar komandasının baş məşqçisi, “Şarlott” klubunun baş məşqşisi Din Smitdir. O, yekun heyət üçün daha 13 futbolçu seçəcək. Daha iki oyunçu ilə bağlı qərarı isə liqanın komissarı Don Qarber verəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top