
NATO ölkələri Ukraynaya 70 milyard avro məbləğində yeni hərbi yardım paketi ayrılması məsələsini nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti NATO diplomatlarına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, yardımın gələn ay alyansın Ankarada keçiriləcək sammiti zamanı açıqlanması planlaşdırılır.
Təklif həmçinin Kiyevə ayrılan yardımın maliyyələşdirilməsinə nəzarətin təmin olunması üçün yeni mexanizmin yaradılmasını nəzərdə tutur.
“Politico”nun mənbələrinin sözlərinə görə, bu təklif ötən ay Almaniya tərəfindən irəli sürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz