
ABŞ İran milli futbol komandasının oyunçularına 2026-cı il FIFA Dünya Kubokunda iştirak etmək üçün viza verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı Ağ Evin xüsusi nümayəndəsinə istinadla məlumat yayıb.
Telekanalın məlumata görə, İranlı futbolçuların ABŞ-yə girişi üçün viza rəsmiləşdirilib.
Bununla da, həftələrdir davam edən viza böhranı aradan qaldırılıb.
Qeyd edək ki, İran milli komandasının qrup mərhələsinin hər üç oyununu ABŞ-da keçirməsi planlaşdırılır.
İlk oyun iyunun 15-də Los-Ancelesdə keçiriləcək. Komanda həmin görüşdə Yeni Zelandiya milli futbol komandası ilə qarşılaşacaq. İran millisi qrup mərhələsində, həmçinin Belçika və Misir milli futbol komandaları ilə üz-üzə gələcək.
Turnir 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Yarışda ilk dəfə 48 komanda iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz