Məşhur Qarabağ döyüşçüsü son mənzilə yola salındı

Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla savaşan, məşhur döyüşçü Yaşar Məhərrəmov son mənzilə yola salınıb. Yeniavaz.com-un "İstiPress"ə istinadən xəbərinə görə, onula vida mərasiminə yaxınları, dostları, eləcə də cəbhə yoldaşları gəliblər. Yaşar Məhərrəmovun cənazəsi dostlarının çiynində daşınıb. Mərhum döyüşçü Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, Yaşar Məhərrəmov ötən gün axşam saatlarında dostları ilə kafedə çay içərkən qəflətən ürəyindən kəskin ağrılar başlayıb. Son sözləri isə “deyəsən, mən Şuşanı görməyəcəm!” olub. Və dünyasını dəyişib!

Yaşar Məhərrəmov birinci Qarabağ savaşında şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhumun 3 uşağı var. Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top