ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurdu


ABŞ ordusu İranın Küveyt və Bəhreynə istiqamətində atdığı bir neçə ballistik raketi vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“CENTCOM Hörmüz boğazına doğru atılan dörd İran dronunu vurduqdan bir neçə saat sonra İran Küveyt və Bəhreynə yeddi ballistik raket atıb. İlkin qiymətləndirmələrə görə, İran tərəfindən atılan raketlərdən altısı vurulub, yeddinci raket isə hədəfinə çatmayıb”, - komandanlıq qeyd edib.
Komandanlıq həmçinin qeyd edib ki, Amerika hərbçiləri arasında itkilər barədə məlumat yoxdur və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasının qərargahına heç bir ziyan dəyməyib.

DİGƏR XƏBƏRLƏR

Top