
Nüfuzlu onlayn portal “Transfermarkt” İspaniya La Liqasında futbolçuların bazar qiymətlərini yeniləyib.
Yeniavaz.com xəbər verir ki, “Barselona”nın qanad oyunçusu Lamin Yamal İspaniya liqasının ən bahalı oyunçusu seçilib.
“Blaugrana”nın qanad oyunçusunun dəyəri 200 milyon avrodur ki, bu da onun ən yaxın rəqibi “Real Madrid”in hücumçusu Kilian Mbappedən 20 milyon avro çoxdur.
“Barselona”nın yarımmüdafiəçisi Pedri (150 milyon avro) da La Liqanın ən bahalı üç oyunçusu siyahısına daxil olub.
Tətbiqimizi yükləyə bilərsiniz