Putin Trampın İsrail tərəfindən yönəldilməsinə inanmır


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın İranın yaratdığı təhlükə ilə bağlı İsrail tərəfindən yönəldilməsinə inanmır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında moderatorun sualına cavab olaraq danışıb.
“Cənab Trampın hər hansı bir məsələdə aldadıldığı barədə danışmaq üçün heç bir səbəbim yoxdur. O, yetkin, yüksək təcrübəli siyasətçidir və kənardan kiminsə ona hər hansı əhəmiyyətli təsir göstərə bilməsi ehtimalı azdır”, - Putin deyib.
Eyni zamanda, prezident İsrailin narahatlıqlarının hamıya məlum olduğunu qeyd edib:
“Bunlar İranın nüvə silahı inkişaf etdirməyə çalışdığına dair fikirləri ilə bağlıdır, baxmayaraq ki, İran əvvəllər dəfələrlə belə bir planının olmadığını bildirib və indi də bəyan etməyə davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top