
NASA Beynəlxalq Kosmik Stansiyadakı astronavtlara kosmik gəmilərinin içərisində sığınacaq tapmaları və BKS-nin Rusiya seqmentində baş verən sızma səbəbindən mümkün təxliyəyə hazırlaşmaları barədə məlumat verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə NASA-nın sözçüsü Betani Stivens məlumat yayıb.
Bildirilib ki, Rusiya seqmentinin “Zvezda” modulunun ötürmə bölməsində bir müddətdir ki, çatlar və sızmalar mövcuddur.
İyunun 5-i Roscosmos yeni sızmalar aşkar edildikdən sonra daha geniş təmir əməliyyatı aparmaq qərarına gəlib.
Nəticədə, NASA ehtiyat tədbiri olaraq “SpaceX”in dörd “Crew-12” ekipaj üzvünün hamısına və amerikalı astronavt Kris Uilliamsa stansiyaya yerləşdirilmiş “Crew Dragon” kosmik gəmisinin içərisində yüksək təxliyə hazırlığı rejiminə keçmələrini əmr edib.
Qeyd edək ki, “Crew-12”nin dörd ekipaj üzvü arasında iki amerikalı, bir fransız və bir rus var. NASA-nın yüksək vəzifəli rəsmisinin sözlərinə görə, sızmaların nisbəti 1 iyunda artıb: hava itkisi gündə təxminən bir funtdan iki funta (təxminən 450 qramdan 900 qrama) qədər artıb.
Roskosmos aşkarlanan hava sızmalarının ekipaj üçün təhlükəsizlik riski yaratmadığını və göyərtədəki təzyiqin sabit və hesablanmış səviyyədə saxlanıldığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz