Əməliyyatla insan mədəsindən çıxarılanlar - FOTO

Türkiyənin Antalya şəhərinin Manavqat qəsəbəsində yaşayan 23 yaşlı daun sindromlu Ali Güvənin mədəsindən əməliyyatla 6 mismar, 4 çəngəl çıxarılıb. Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, 10 gün öncə mədə bulantısı, qusma və qarın ağrısı şikayətləri ilə xəstəxanaya aparılan Ali Güvenin mədəsində çox sayda yad cisim müəyyənləşdirilib və əməliyyat olunub. Cərrah Murat İnan tərəfindən aparılan əməliyyat 2 saat davam edib, xəstənin yemək borusundan və mədənin üst hissəsindən ümumilikdə 10 yad cisim çıxarılıb.

Murat İnan: "Daun sindromundan əziyyət çəkən insanlara ailələri tərəfindən yaxşı baxılsa da, diqqətdə saxlanılsalar da bəzən yad cisimləri udma halları baş verir. Bu durumda nazik bağırsaqda da zədələnmələr meydana gələ bilir. Ona görə də onların yaxınları maksimum dərəcədə diqqətli olmalıdırlar",-deyib.

Xəstənin anası Ayşe Güven əməliyyatdan sonra oğlunun vəziyyətinin yaxşılaşdığını bildirib: "Heç bir şey yeyə və içə bilmirdi. Əməliyyatdan sonra rahatlaşıb. Əziyyət çəkən bütün həkimlərə təşəkkür edirəm".

DİGƏR XƏBƏRLƏR

Top