
HP, “Ferrari” ilə tərəfdaşlıq çərçivəsində, İtalyan superkarlarından ilhamlanan xüsusi buraxılışlı “Scuderia Ferrari AI” noutbukunu təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Engadget” məlumat yayıb.
Bildirilib ki, cihaz məhdud saydadır və kolleksiyaçılar, “Ferrari” həvəskarları və premium istifadəçilər üçün nəzərdə tutulub.
Yeni cihaz 14 düymlük 3K OLED sensor ekran, “Intel Core Ultra X7” prosessoru, 64 GB RAM və 1 TB SSD ilə təchiz olunub.
Modelin əsas xüsusiyyəti, şirkətin imzası olan “Rosso Magma” rəng sxemində tamamlanmış dizaynıdır. Noutbukun gövdəsi karbon lifindən və anodlaşdırılmış alüminiumdan hazırlanıb və bir neçə element müasir “Ferrari” idman avtomobillərinin mühəndisliyinə istinad edir.
Cihazın arxa tərəfində cihazın soyutma sistemini göstərən şəffaf, deşikli “Gorilla Glass” paneli var. Menteşə mexanizmi və ventilyasiya barmaqlığı da avtomobildən ilhamlanan dizayna malikdir.
Tərtibatçılar həmçinin erqonomikaya da diqqət yetiriblər. Xüsusilə, sensor panel istifadəçinin diqqətini yayındırmamaq üçün korpusa inteqrasiya olunub.
Prototip Monako Qran Prisi ərəfəsində Londonda “Ferrari” sərgi məkanında təqdim edilib. HP “Scuderia Ferrari AI” noutbukunun satışları 12 iyunda başlayır. 4999 ədədlə məhdudlaşdırılan noutbuk “Poltrona Frau” dəri çantası vəpatentləşdirilmiş şarj cihazı ilə birlikdə 5599 dollara təqdim olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz