
Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisinin italiyalı mütəxəssis Vinçentso İtalyano olduğu bildirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Klubun mətbuat xidmətindən “Beşiktaş”ın Vinçentso İtalyanonun əsas komandanın baş məşqçisi təyinatı ilə bağlı danışıqlara başlandığı bildirilib.
Qeyd edək ki, 48 yaşlı məşqçi 2024/25 mövsümündə “Bolonya” klubu ilə İtaliya Kubokunu qazanıb. Mediada əvvəllər "Napoli"nin Vinçentsonun xidmətlərində maraqlı olduğu bildirilirdi. O, əvvəllər “Fiorentina”, “Spetsiya” və “Trapani” klublarına rəhbərlik edib.


Tətbiqimizi yükləyə bilərsiniz