
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya əlavə yardım göstərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, qanun layihəsinin lehinə 226, əleyhinə isə 195 konqresmen səs verib.
Qanun layihəsi Rusiyanın Ukrayna ilə silahlı münaqişə aparıb-aparmadığını, sülh müqaviləsinin şərtlərini pozub-pozmadığını və ya sülh yolu ilə həll üçün lazımi danışıqlar aparmadığını müntəzəm olaraq qiymətləndirməyi tələb edir.
Layihə, həmçinin Rusiya rəsmilərinə, maliyyə qurumlarına, neft-qaz sektoruna, kömür və mədən sənayesinə qarşı əlavə sanksiyalar tətbiq edilməsini, eləcə də Rusiya mal və xidmətlərinə gömrük rüsumlarının ən azı 500%-ə qədər artırılmasını əhatə edir.
Bundan əlavə, qanun layihəsi 2026 və 2027-ci maliyyə illərində Ukraynaya 300 milyon dollarlıq hərbi yardımın ayrılmasını nəzərdə tutur.
Layihənin müəllifi Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparıcı demokrat üzvü Qreqori Miksdir.
Tətbiqimizi yükləyə bilərsiniz