Rusiya və Ukrayna “185-ə 185” formatında əsir mübadiləsi aparıb


Rusiya və Ukrayna “185-ə 185” formatında daha bir əsir mübadiləsi həyata keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıblar.
Məlumatı daha sonra Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov da təsdiqləyib.
Onun sözlərinə görə, 185 hərbi əsirdən əlavə, bir mülki şəxs də vətəninə qayıdıb:
“Azad edilənlər arasında bütün istiqamətlərdə döyüşən Ukrayna müdafiəçiləri var: piyadalar, dəniz piyadaları, paraşütçülər, ərazi müdafiəsi və xüsusi əməliyyat qüvvələri, milli qvardiyaçılar, sərhədçilər. Evə qayıtmağı bacaranların əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə idi. Onların arasında Mariupol müdafiəçiləri də var”.
Budanov qeyd edib ki, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri ukraynalıların azad edilməsində mühüm rol oynayıblar.

DİGƏR XƏBƏRLƏR

Top