
İranın Ali Lideri Ayətullah Müctəba Xamenei müxtəlif cinayətlərdə məhkum edilmiş 2000-dən çox vətəndaş üçün əfv fərmanı imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ali Liderin rəsmi “Telegram” kanalında dərc olunmuş bəyanatda öz əksini tapıb.
Mətnə görə, fərmanda əfv və ya cəzaların yüngülləşdirilməsi nəzərdə tutulur.
Bu, atası Ayətullah Əli Xameneinin vəfatından sonra İranın ali lideri seçilmiş Müctəba Xameneinin imzaladığı ilk əfv fərmanıdır.
Tətbiqimizi yükləyə bilərsiniz