İran Amerika gəmilərinə xəbərdarlıq atəşi açdı


İran Hərbi Dəniz Qüvvələri Oman dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi açdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin Komandanlıq və İdarəetmə Mərkəzinə istinadla İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ gəmiləri hərbi raket və dron xəbərdarlığından sonra Oman dənizindən geri çəkilib.
Hücumda “Qadeer” raketərindən və İran Hərbi Dəniz Qüvvələrinin yeni hücum dronlarından istifadə edilib.
Hücuma məruz qalan ABŞ-nin DDG-103 və DDG-87 esminesləri Oman dənizindən Hind okeanına doğru yola düşüb.
Həmçinin, ABŞ-yə məxsus helikopterdaşıyan amfibiya tipli “Tripoli” gəmisinin də Oman dənizini tərk etmək məcburiyyətində qaldığı bildirilir.
Komandanlıq və İdarəetmə Mərkəzi ABŞ gəmilərinin “dəniz quldurluğu”na davam edəcəyi təqdirdə lazım gələrsə, daha uzun mənzilli raketlərindən istifadə ediləcəyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top