“Bakı Zooparkı” heyvanları yemləmək üçün minlərlə siçan və siçovul alır


Bakı şəhər Heyvanat Parkı (“Bakı Zooparkı”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Nar Group Supply” MMC (VÖEN – 1406131061) olub.
“Bakı Zooparkı” “Nar Group Supply” şirkətindən heyvanlar və sair canlılar üçün  yemlər və qidalar satın alacaq. Alınacaq yemlərin qarşılığında şirkətə 298 min 335 manat ödəniləcək. 
Onu da bildirək ki, “Bakı Zooparkı” ümumilikdə 42 adda yem və qida alacaq. Bunların arasında 1 500 ədəd diri birgünlük siçan, 2 200 ədəd diri birgünlük bildirçin, 800 ədəd diri dovşan, 5 kiloqram tarakan və s. olacaq.
Qeyd edək ki, “Nar Group Supply” MMC 2022-ci ilin sentyabr ayının 12-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC barəsində açıq internet resurslarında heç bir məlumat yoxdur. Şirkətin daha əvvəl bu sahədə hansı təcrübəsinin olduğu barədə məlumat əldə etmək mümkün deyil.
Müsabiqə nəticəsində alınacaq məhsulların siyahısını təqdim edirik:
Siçan birgünlük – 1 500 ədəd
Siçan böyük 100 qr – 2 700 ədəd
Siçovul böyük 350–400 qr – 2 000 ədəd
Su quşları üçün kombikorum – 1 000 kg
Bildirçin birgünlük 30 qr – 2 200 ədəd
Bildirçin böyük 200 qr – 350 ədəd
Bildirçin orta 100 qr – 1 200 ədəd
Diri balıq – 3 000 ədəd
Dovşan 0.5 kq-lıq – 300 ədəd
Dovşan 1 kq-lıq – 500 ədəd
Həşəratlar (tarakan) – 5 kg
Həşəratlar (un qurdu) – 10 kg
Həşəratlar (zofobus) – 10 kg
Buğda – 2 500 kg
Çəyirtkə – 15 kg
Şəkərli yem – 500 kg
Darı – 1 000 kg
Arpa – 2 000 kg
Flaminqolar üçün yem – 1 000 kg
Flaminqoların çəhrayı rəng alması üçün lukantin tərkibli qida əlavəsi – 100 kg
Gəmiricilər üçün quru meyvəli kombikorm – 300 kg
Kəpək – 6 000 kg
Böyükbaş, dırnaqlı heyvanlar üçün yem – 4 000 kg
Quşlar üçün yem – 3 400 kg
Krevetka (dəniz, xırda bişməmiş) – 1 500 kg
Krevetka iri bişməmiş – 250 kg
Naxçıvan qaya duzu – 500 kg
Qan qurdu – 5 kg
Qarğıdalı – 1 700 kg
Qarışıq minerallı duz – 400 kg
Heyvanlar üçün quru süd tozu – 4 ədəd
Saman – 3 500 ədəd
Su bitkilər üçün mikroelementlər – 8 ədəd
Sümük unu – 200 kg
Süpürgə (çöl süpürgəsi dəvələr üçün) – 1 000 ədəd
Vələmir – 3 000 kg
Vitamin və kalsium əlavələr (sürünənlər üçün) – 0,4 kg
Vitamin və mineral əlavələr (amfibiyalar üçün) – 0,2 kg
Vitamin və minerallar kompleksi – 3 000 ədəd
Yem premiksi dırnaqlılar, otyeyən heyvanlar üçün – 600 kg
Yem premiksi quşlar üçün – 150 kg
Yonca – 9 500 ədəd


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top