
On ildən çox davam edən planlaşdırma və tikinti işlərindən sonra Barak Obamanın doğulduğu Çikaqo şəhərində (İllinoys ştatı) yerləşən Barak Obama Prezident Mərkəzi iyunun 19-da rəsmi olaraq açılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Keçmiş prezidentin özü mərkəzi bir gün əvvəl açacaq. Ziyarətçiləri girişdə Barak və Mişel Obamanın heykəli qarşılayacaq.
Çikaqonun cənubundakı Cekson parkında yerləşən və tikintisi 850 milyon dollara başa gələn mərkəz vətəndaş azadlıqlarını təşviq etmək üçün nəzərdə tutulmuş muzey, ictimai forum, kitabxana və gənclərin istirahət məkanı da daxil olmaqla mədəni, təhsil və ictimai məkanları özündə birləçdirəcək.
7,8 hektar ərazini əhatə edən bu mərkəz mərkəzi hissəsi ABŞ tarixində ilk afroamerikalı prezidentə həsr olunmuş muzeyin yerləşdiyi 69 metr hündürlüyündə, demək olar ki, pəncərəsiz qranit obeliskdir.
Mərkəzin daxilində ziyarətçilər Barak Obamanın doğumundan Oval Ofisdəki son günlərinə qədər karyerası haqqında məlumat əldə edə biləcəklər.
Onlar həmçinin “Obama Burger” kafeteriyasında sabiq prezidentin ən sevdiyi “fast food”dan 15.50 dollara (təxminən 26 manat) dada biləcəklər.
Çikaqoya baxan nəhəng bir göydələnin zirvəsində ziyarətçilər Obamanın 2015-ci ildə Afroamerikalı vətəndaş hüquqları hərəkatının doğulduğu yer olan Alabama ştatının Selma şəhərindəki çıxışını böyük ekranda izləyə biləcəklər.
Mərkəzdə həmçinin bir neçə başqa sahə, o cümlədən ictimai bağ və oyun meydançası var.
Obama Prezident Mərkəzi onun 2010-cu ildən 2018-ci ilə qədər prezidentliyinin əsas siyasi vektorlarını əks etdirir. Birinci mərtəbədə prezidentin gənclik illərindən qalan əşyalar, o cümlədən əl işləri nümayiş olunur. İkinci mərtəbədəki sərgi onun 2008-ci il seçki qələbəsini, üçüncü səviyyəli sərgi isə onun prezidentlik dövrünün nailiyyətlərini əhatə edir.
Tətbiqimizi yükləyə bilərsiniz