“Əgər lazım gəlsə, KTMT-dən çıxacağıq” – Paşinyan


“Əgər lazım gəlsə, KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) çıxacağıq”.
Yeniavaz.com
“News.am” portralına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyada keçirilən seçkiqabağı debat zamanı bildirib.
Portalın məlumatına görə, “Güclü Ermənistan” blokunun proporsional namizədlər siyahısına rəhbərlik edən Narek Karapetyan məsələ ilə bağlı Paşinyana sual ünvanlayıb.
“Buna biz qərar verəcəyik, xarici agentlər qərar verməyəcəklər. Lukaşenkonun yenidən bizim zaminimiz olmasına icazə verməyəcəyik”, - deyə Paşinyan ona cavab olaraq qeyd edib.
Karapetyan Paşinyanın Ermənistanın KTMT-yə üzvlüyünü dondurması məsələsinə də toxunub və əgər işə yaramırsa, təşkilatdan çıxmağı irəli sürüb.
Paşinyan isə cavabında “Biz qərar verəcəyik və çıxacağıq. Zamin isə Ermənistan, dövlət və ordudur”, - deyə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top