
Ermənistanda keçmiş nəqliyyat və kommunikasiya naziri və Yerevanın keçmiş meri Qaqik Beqlaryan saxlanılıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Həbsin səbəbi ilə bağlı məlumat verilməyib. Buna baxmayaraq, yerli KİV-də onun seçki rüşvəti vermək və ya almaq ittihamı ilə həbs olunması barədə iddialar var.
Qeyd edək ki, bundan əvvəl keçmiş məmura qarşı 27 daşınmaz əmlak vahidinin mənimsənilməsi və dövlətə 5,7 milyon dollar ziyan vurulması ittihamları da daxil olmaqla iş açılmışdı.
O, həmçinin bir neçə çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi ittihamları ilə də ittiham olunur.
Tətbiqimizi yükləyə bilərsiniz