
Çin Xalq Respublikasının sədri Si Cinpin Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət İşləri üzrə sədri Kim Çen Inın dəvəti ilə bu ölkəyə dövlət səfəri edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin məlumatına görə, səfər 8-9 iyun tarixlərində baş tutacaq.
Səfər çərçivəsində Si Cinpin və Kim Çen In arasında həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə görüşlərin keçirilməsi gözlənilir.
Digər detallar və qarşıdan gələn səfərin gündəliyi ilə bağlı hələlik məlumat verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz