
ABŞ hakimiyyəti Kuba Prezidenti Miqel Dias Kanelə və ailə üzvlərinə qarşı sanksiya tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında öz əksini tapıb.
Sənədə əsasən, sanksiya siyahısına Kuba Prezidenti Miqel Dias Kanellə yanaşı, həyat yoldaşı Lis Kuesta Perasa və ilk evliliyindən olan oğlu Manuel Anido Kuesta daxil olub.
Məlumata görə, sanksiyalar Kubanın keçmiş prezidenti Raul Kastroya və eləcə də oğlu və nəvəsi Alexandro Kastro Espin və Raul Alexandro Kastro Kalisə də təsir edib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyinə, Kuba Xalqlar Dostluğu İnstitutuna, Kuba İnqilabının Müdafiəsi Komitələrinə və daha iki təşkilata sanksiyalar tətbiq edib.
Sənəddə qeyd edildiyi kimi, sanksiya tətbiq olunan şəxslərin ABŞ-dəki aktivləri dondurulub və ABŞ vətəndaşları ilə maliyyə əməliyyatları məhdudlaşdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz