
“Uşaqpulu ilə əhali artmır. Bu problemi həll etmir. Digər tərəfdən, sağ təmayüllü siyasətçi olduğuma görə, mən, ümumiyyətlə, dövləti sosial xərclərlə yükləməyin tərəfdarı deyiləm”.
Yeniavaz.com xəbər verir ki, bunu “Müsavat TV”nin efirində millət vəkili Erkin Qədirli deyib.
“Amma indiki sistemdə dövlət insanların sərbəst qazanma imkanlarını kəsib. Özəl iqtisadiyyat inkişaf etmir. Birbaşa dövlətin, yaxud da böyük holdinqlərin, hansılar ki onlar da hakimiyyətə bağlıdır, müdaxiləsi və nəzarəti altındadır. Onda, əlbəttə ki, vətəndaş mənəvi baxımdan haqlı olaraq deyəcək ki, mənə qazanmaq imkanı vermirsənsə, mənə pul ver”,- deyə deputat bildirib.
Daha ətraflı:
Tətbiqimizi yükləyə bilərsiniz