
İspaniyalı Andoni İraola İngiltərənin “Liverpul” futbol klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssis hollandiyalı Arne Slotu əvəz edib. Klub mütəxəssislə müqavilənin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, İraola 2022/23 mövsümündən 2025/26 mövsümünə qədər İngiltərənin “Bornmut” klubuna rəhbərlik edib. “Bornmut” bu mövsüm İngiltərə Premyer Liqasında altıncı yeri tutub və tarixində ilk dəfə Avropa yarışlarında çıxış edəcək.
İraola əvvəllər Kiprin “AEK Afina”, İspaniyanın “Mirandes” və “Rayo Valyekano” klublarına rəhbərlik edib. Onun rəhbərliyi altında “AEK Afina” Kipr Super Kubokunu qazanıb.
Xatrladaq ki, “Liverpul” İngiltərənin ən çox titul qazanan klubudur və 20 dəfə milli çempionluq qazanıb. Klub həmçinin altı dəfə Çempionlar Liqası tituluna sahibdir ki, bu da bir İngilis klubu üçün rekorddur.
Tətbiqimizi yükləyə bilərsiniz