“Xamenei ilə görüşməyə hazıram” – Tramp


“İranın Ali Lideri Müctəba Xamenei ilə görüşməyə hazıram”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Mən bunu təklif etməmişəm, amma bəziləri bunu təklif edirlər. Əgər bu baş versə, mən buna hörmətlə yanaşaram”, - deyə o bildirib.
Jurnalistlər ona ABŞ və İsrailin hərbi əməliyyatının hazırkı İran liderinin atasını, arvadını və uşağını öldürdüyünü xatırladıblar.
"Deyərdim ki, mən onun ən sevdiyi insan deyiləm", - deyə Tramp cavab verib.
O, həmçinin İranla bağlı danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top