Ukrayna Rusiyanın yarım milyard dollarlıq gəmisini vurdu – Video


Ukrayna PUA-lar vasitəsilə Kronştadtdakı quru dokda Rusiya korveti “Boykiy”i vurub.
Yeniavaz.com
xəbər verir ki, hadisə yerindən kadrlar sosial mediada yayılıb.
“CyberBoroshno”nun məlumatına görə, peyk görüntüləri gəmiyə birbaşa zərbə endirildiyini təsdiqləyib.


Qeyd edək ki, “Boykiy” Rusiyanın kölgə donanmasının tankerlərini müşayiət etməsi ilə tanınır və Kronştadtda təmir olunurdu.
“Ukraynadan Rusiya korvetinə qədər olan məsafə təxminən 1100 kilometrdir”, - RBC yazır.
“Boykiy” korveti 2011-ci ildə inşa edilib və 2013-cü ildə Rusiyanın Baltik Donanmasına təhvil verilib.
Gəmi idarə olunan raket silahları daşıyır və Rusiya qüvvələrinin NATO sərhədləri yaxınlığındakı əməliyyatlarda istifadə etdiyi aktiv döyüş vahididir. Onun qiyməti təxminən yarım milyard dollar dəyərində hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top