
Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yaxşı və səmimi olub və belə də qalır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin aparıcı beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşdə danışıb.
“Mən Rusiya ilə Azərbaycan arasındakı münasibətləri çox yaxşı hesab edirəm. Həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanla həmişə yaxşı münasibətlərimiz olub. Bir neçə il əvvəl strateji əməkdaşlıq müqaviləsi imzaladıq. Bu münasibətlər belə inkişaf edir”, - Rusiya lideri bildirib.
"Biz Azərbaycanla bir sıra konkret sahələr üzrə danışıqlar aparırıq. Düşünürəm ki, bu barədə danışmaq hələ tezdir, amma bu, əsasən enerji ilə bağlıdır. Prezident İlham Əliyevlə görüşəndə bütün bunları mütləq müzakirə edəcəyik”, - ölkə başçısı qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz