
“Rusiya Avropa ölkələri ilə dialoqdan imtina etməyib”.
Yeniavaz.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu TASS tərəfindən aparıcı qlobal xəbər agentliklərinin rəhbərləri ilə təşkil edilən görüşdə bildirib.
“Biz dialoqdan imtina etməmişik. Bunu təkrarlamaq istəyirəm. Əgər kimsə Rusiya ilə dialoqun canlandırılmasının məqsədəuyğun olacağına inanırsa, davam edin. Bəs Avropa tərəfində bu danışıqçılar kimlər olacaq? Bilmirəm. Biz heç nəyi zorla qəbul etdirmirik. Rusiyanın nəyisə zorla qəbul etdirməsi, kimin danışıq aparacağı... Bütün bunlar barədə səs-küyü eşitmişəm. Biz heç nəyi zorla qəbul etdirmirik. Təbii ki, bunun kim ola biləcəyini anlamaq istəyirik. Və təkrar edirəm, bunlar etibar edə biləcəyimiz insanlar olmalıdır”, - prezident qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz