“Persepolis”in müəllifi vəfat etdi


Fransız-İran yazıçısı və rəssamı Marjane Satrapi 56 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ailəsi AFP-yə məlumat verib. 
“Marjane Satrapi, əri və həyatının sevgisi Matias Ripanın ölümündən bir il sonra kədərdən vəfat etdi”, - açıqlamada bildirilir.
Qeyd edək ki, prodüser, aktyor və ssenarist Matias Ripa 2025-ci ilin aprelində vəfat edib.
Marjane Satrapi 1969-cu ildə İranda anadan olub və uşaqlığını Tehranda keçirib və orada Fransız liseyində oxuyub. 1994-cü ildən bəri Satrapi Fransada yaşayır və 2006-cı ildə Fransa vətəndaşlığını alıb.
Marjane Satrapinin ən məşhur əsəri “Persepolis” avtobioqrafik komiksidir. Kitabda o, İslam İnqilabı dövründə, “siyasi qarışıqlıq və yaxınlarının təhlükəsizliyi üçün narahatlıqla dolu” bir dövrdə İranda keçirdiyi uşaqlığını təsvir edir. 2007-ci ildə Satrapi, fransız rəssamı Vinsent Paronnaud ilə birlikdə komiksin animasiya film adaptasiyasını buraxdı və bu film Kann kinofestivalında xüsusi münsiflər heyətinin mükafatını qazandı və Oskar mükafatına namizəd oldu.
Satrapi İran rejiminin ən sərt tənqidçilərindən biri idi. Lakin, 2025-ci ildə o, Fransa hökumətini İran müxalifətçilərinin ölkəyə girişini qadağan edən viza siyasətinə görə “ikiüzlülükdə” günahlandıraraq Fransa Fəxri Legionundan imtina etdi.

DİGƏR XƏBƏRLƏR

Top