
FİFA azarkeşlərin 2026-cı il Dünya Kuboku oyunlarına su “butulka”sı gətirməsini qadağan edib.
Yeniavaz.com xəbər verir ki, təşkilat bilet sahiblərinə FİFA Davranış Qaydalarında dəyişiklik barədə məlumat verib.
Əvvəllər azarkeşlərə 1 litrə qədər təkrar istifadə edilə bilən plastik boş qablar gətirməyə icazə verilirdi.
“Çaşqınlığın qarşısını almaq üçün təkrar istifadə edilə bilən su şüşələrinin stadiona gətirilməsi qadağandır”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən yay keçirilən Klublararası Dünya Kubokunda FIFA stadionlarında suyun qiyməti 4 ilə 6 dollar arasında idi. “Coca-Cola” brendi olan “Dasani” 2026-cı il Dünya Kuboku oyunlarında satılacaq. Onun qiyməti hazırda məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz