
İtaliyanın “Ferrari” komandası “Formula 1” tarixində illik sürücü maaşı büdcəsini 100 milyon avrodan çox artıran ilk komanda olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hollandiyanın “RacingNews365” nəşri məlumat yayıb.
Məlumata görə, bu, monakolu Şarl Leklerlə yeni müqavilənin uzadılmasından sonra baş verib.
“Ferrari” rəsmi olaraq müqavilənin müddətini və maliyyə detallarını açıqlamayıb. Ancaq Leklerin yeni müqaviləsi bir neçə mövsüm üçün nəzərdə tutulub.
Lakin nəşr Leklerin əvvəlki müqaviləsi üzrə 34 milyon avro qazandığını və yeni müqaviləyə əsasən, onun maaşının ildə 50 milyon avroya qədər artacağını müəyyən edib.
Nəşr həmçinin, müqavilənin 2030-cu ilə qədər və ya daha çox müddətə uzadıldığını istisna etməyib.
Bununla da Şarl Leklerə və Luis Hamiltona (yeddiqat dünya çempionudur) ödənilən ümumi məbləğ (60 milyon avro) 100 milyon avronu keçib.
Müqayisə üçün, deyək ki, “Red Bull Racing” 75 milyon avroluq ümumi sürücü maaşı büdcəsi ilə ikinci yerdədir. Bu məbləğin böyük hissəsi (70 milyon avro) üçqat dünya çempionu Maks Verstappenə çatır.
Tətbiqimizi yükləyə bilərsiniz