Gürcüstanın baş naziri də bilindi

Gürcüstan prezidenti Georgi Marqvelaşvili baş nazir vəzifəsinə Georgi Kvirikaşvilin namizədliyini qəbul edib. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, onun namizədliyi “Gürcü arzusu” partiyası tərəfindən irəli sürülmüşdü. G. Kvirikaşvili 2015-ci il dekabrın 29-dan baş nazir vəzifəsində çalışır. Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü arzusu” partiyası qalib gələrək 150 deputat yerindən 115-ni əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top